
Prezident: “Azərbaycanda elektrik enerjisi ilə bağlı daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir”
“Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
Hazırda “Masdar” və “ACWA Power” şirkətləri ilə iki layihənin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb:
“Bunlar iki qlobal enerji şirkətidir və onlar bərpa olunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda bp ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpa olunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]