Premyer Liqa: “Zirə” doğma meydanda “Səbail”ə qalib gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Premyer Liqa: “Zirə” doğma meydanda “Səbail”ə qalib gəlib

Bakı, 4 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün son görüşündə “Zirə” “Səbail”i sınağa çəkib. Zirə İdman Kompleksinin stadionunda oynanılan matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını 12, 27 və 45-ci dəqiqələrdə David Volkov, 90+4-cü dəqiqədə isə İssa Cibrila vurub.

Qonaq komandanın heyətində isə 39-cu dəqiqədə Ayman Bouali fərqlənib.

Günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib. “Bank Respublika Arena”da reallaşan oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top