Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”ı məğlub edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”ı məğlub edib

Bakı, 11 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Xəyal Nəcəfov vurub.

Tura bu gün saat 21:00-da start götürəcək “Sabah” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan qarşılaşmalarda “Qarabağ” “Kəpəz”ə 3:0, “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” görüşü isə bərabərliklə bitib 1:1.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top