
Premyer Liqa: “Turan Tovuz” “Neftçi”yə, “Səbail” isə “Sumqayıt”a qalib gəlib
Bakı, 7 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” komandası doğma meydanda “Neftçi”ni qəbul edib. Tovuz təmsilçisi rəqibini dörd cavabsız qolla məğlub edib. Oyunda Runi Eva het-trik edib, digər qolu Roderik Miller vurub. “Turan Tovuz” komandası 35 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Neftçi”nin aktivində 61 xal var və komanda daha əvvəl bürünc mükafatı təmin edib.
Günün digər oyununda “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gəliblər. Görüş “Səbail”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Matiya Lyuyiç dubl edib, Franko Mazurek isə fərqlənib. “Sumqayıt”ın heyətində Todor Todoroski adını tabloya yazdırıb.
Hesabındakı xalların sayını 25-ə çatdıran “Səbail” turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. “Sumqayıt” 28 xalla səkkizinci pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı səfərdə 3:0 hesabı ilə məğlub edib. Tura mayın 8-də keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]