Premyer Liqa: “Sabah” “Neftçi”ni məğlub edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Premyer Liqa: “Sabah” “Neftçi”ni məğlub edib

Bakı, 18 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Sabah”la üz-üzə gəlib.

Matç “bayquşlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 54-cü dəqiqədə Amin Seydiyev, 76-cı dəqiqədə isə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra “Sabah” turnir cədvəlində 4 xalla beşinci, “Neftçi” 2 xalla 7-ci pillədə qərarlaşıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top