Premyer Liqa: “Sabah”, “Neftçi” və “Zirə”dən vacib qələbə
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXV turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda – “Sabah”, “Sumqayıt”, “Neftçi” və “Zirə” meydana çıxıblar.
“Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı 2:0, “Neftçi” “ASCO Arena”da “Səbail”i 3:0, “Zirə” isə Tovuzda “Kəpəz” 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Neftçi” 2-ci, “Zirə” 55 xalla 3-cü, eyni xala malik “Sabah” isə dördüncü pilləyə yüksəlib.
Qeyd edək ki, turun digər görüşü isə mayın 19-da “Qəbələ” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]
-
Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC Avqust ayında Çinin valyuta ehtiyatları son 8,5 ilin ən yüksək səviyyəsinə […]
-
Alimlər sudakı kimyəvi maddələri tez və ucuz şəkildə məhv edən üsul hazırlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər suda “sonsuz kimyəvi maddələri” tutaraq məhv edən yeni üsul hazırlayıblar. […]