Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin elementlərini istehsal edəcək
Bakı, 12 avqust, AZƏRTAC
Polşa ABŞ-ın “Raytheon” konserni ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsi olan 48 raket buraxılış qurğusunun birgə istehsalı ilə bağlı müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.
Bildirilib ki, Polşa tərəfi saziş çərçivəsində buraxılış qurğuları üçün avadanlıq, eləcə də sistemlərə elektron dəstək verəcək. Bundan əlavə, Polşa texniki dəstək, bəzi raket komponentlərinin və radar sistemlərinin elementlərinin istehsalına diqqət yetirəcək.
Müqavilə çərçivəsində avadanlığın bir hissəsinin Polşada istehsal olunacağı və 2027-29-cu illərdə Polşa ordusunun istifadəsinə veriləcəyi nəzərdə tutulur.
“Patriot” sistemləri Polşada hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir”, – məlumatda qeyd edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]