PMS imtahanının nəticələri üç həftə ərzində elan olunacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

PMS imtahanının nəticələri üç həftə ərzində elan olunacaq

Bakı, 7 may, AZƏRTAC

Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, bugünkü imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 104 nəzarətçi müəllim, 12 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon tutulub və imtahandan xaric edilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

PMS imtahanının II mərhələsi (qanunvericilik üzrə) iyunun 18-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top