Plastiki parçalayan qurdlar tədqiq edildi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Plastiki parçalayan qurdlar tədqiq edildi

İspan alimləri tüpürcəyi plastiki parçalaya bilən qurdlar aşkar ediblər.

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Müəlliflər iş zamanı mum güvəsi “Galleria mellonella” qurdunun sürfələrini tədqiq ediblər. Alimlər krioelektron mikroskoplardan istifadə edərək qurdların tüpürcəyini araşdırıblar. Daha sonra həyata keçirilmiş 3D rekonstruksiya göstərib ki, tüpürcəyin tərkibinə polietileni oksidləşdirə və parçalaya bilən dörd heksamerin qrupu (Demetra, Cibeles, Ceres, Cora) daxildir. Xüsusilə, onlar zülalların struktur fərqləri olan və fəaliyyəti tənzimləyən üç makromolekulyar kompleksdə öz-özünə nizamlandığını müşahidə ediblər. Bu heksamerlərdən ikisinin polietileni oksidləşdirə və parçalaya bildiyi aşkar edilib.

Gələcəkdə mütəxəssislər zülalın funksionallığının əsasını təşkil edən təkamül proseslərini öyrənməyi planlaşdırırlar. Bu, təbii fermentlər əsasında yüksək səmərəli plastikin emal olunması üsullarını inkişaf etdirməyə imkan verəcək.

Mənbə: Lenta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top