Pirallahıda yeni neft yığım parkı tikilir
ECONOMİC.AZ: “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-yə məxsus köhnə neft yığım parkı yenisi ilə əvəz olunacaq. Bu məqsədlə adanın şimal-şərq hissəsində 6,4 hektar torpaq sahəsi ayrılmış, parkın tikinti işlərinə başlanılmışdır.“Neftqaztikinti” Tresti tərəfindən tikilən yeni neft yığım parkı texnoloji cəhətdən, ekoloji baxımdan müasirliyi və yüksək standartlara cavab verməsi ilə fərqlənəcəkdir. Parkda 24 ədəd neft çəni quraşdırılacaq, ikimərtəbəli inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, ayrılıqda neft və lay suyu üçün nasosxana, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kV-luq yarımstansiya binası inşa ediləcək. 24 çəndən 3-ü 3000, 6-sı 2000, 4-ü 1000, 5-i 700, 4-ü 400, 2-si isə 100 kubmetr maye tutumuna malik olacaqdır. Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar tam avtomatlaşdırılacaq. Əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları müasir standartlar səviyyəsində olacaq, neftçilər üçün optimal iş şəraiti yaradılacaq, ərazi abadlaşdırılacaqdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]