
Pediatr: “Qurd xəstəliyinin daha çox iki növünə rast gəlinir”
“Azərbaycanda qurd xəstəliyinin daha çox iki növünə rast gəlinir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi mütəxəssis eksperti, pediatr Erkin Rəhimov deyib.
Həkimin sözlərinə görə, Azərbaycanda ən çox entorebius və askarid qurdlarına rast gəlinir:
“Entorebius növünün insandan-insana keçmə riski daha çoxdur, yoluxucudur. Çox kiçik ağ rəngdə olur. Uşağın nəcisində olur. İnsandan insana yoluxur. Yoluxucudur. Uşağın nəcisi ilə xaric ola bilir. Yoluxucu olduğu üçün müalicə bütün ailə üzvləri arasında aparılmalıdır. Askarid isə şəxsi gigiyenaya əməl etmədikdə rast gəlinir. Bu qan azlığına da gətirib çıxara bilər”.
E.Rəhimov əlavə edib ki, qurd xəstəliklərinin dərmanla müalicəsi tövsiyə edilir:
“Müalicəsində bilinən keyfiyyətli dərmanlardan istifadəni tövsiyə edirəm. Əks halda ciddi fəsadlar yarana bilər. Qurd tapıldıqdan sonra bəlli protokollara uyğun müalicə aparılmalıdır”.
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
Toyuğun “sürpriz” yumurtası sosial şəbəkədə gülüşlə qarşılandı – FOTO
Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb. Görüntünü “Gamelover42” ləqəbli “Reddit” istifadəçisi paylaşıb. […]
-
Türkiyədə yeni sindrom qeydə alınıb
Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan zəlzələlərdən sonra həm fəlakət qurbanlarında, həm də hadisədən […]
-
Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: “Qurğular bizi də narahat edir” – FOTO
“Memarlar İttifaqının binasına kondisionerlər 15 il öncə quraşdırılıb”. Bunu tarixi binaya kondisionerlərin və peyk anteninin […]