Pedaqoji Universitetin “Brend tələbə”ləri ilə görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pedaqoji Universitetin “Brend tələbə”ləri ilə görüş keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də “AzEdu.az” təhsil portalının tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə icra etdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri arasından seçilmiş “Brend tələbə”lərlə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin mütəxəssisi İsmayıl Nəsirov iştirak ediblər.

“Brend tələbə”lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin və tələbələrin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir.

“Brend tələbə”lərin seçilməsi üçün əsas meyarlar universitetin ictimai həyatında fəallıq, universitetə gətirilən yenilik, yeni çağırışlara yanaşma tərzi, universitetin nüfuzunu yüksəldəcək ideyalar irəli sürülməsi, milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması və beynəlxalq arenada dövlətin təmsil edilməsidir. Bu sıraya, həmçinin nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri və analitik qabiliyyət, beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik, liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi, xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər, sosial şəbəkələrdə məqsədli və faydalı fəallıq dərəcəsi daxildir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top