
Paytaxtda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
Bakı, 25 may, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan keçirilən müsabiqə iki mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib seçilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş olunub.
“Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi keçirilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar tamaşaçılara əsərləri ilə bağlı məlumat veriblər.
Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7 nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]