Paşinyan sabiq deputatın şirkətini kokain qaçaqmalçılığında ittiham edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paşinyan sabiq deputatın şirkətini kokain qaçaqmalçılığında ittiham edib

Bakı, 24 may, AZƏRTAC

Ermənistanın respublikaçılar partiyasından olan sabiq deputata məxsus şirkət ötən həftə müsadirə olunmuş 250 milyon avro dəyərində kokain partiyasını ölkəyə qaçaqmalçılıq yolu ilə keçirib.

AZƏRTAC xəbər verir ki, sabiq deputata qarşı bu ittihamı baş nazir Nikol Paşinyan parlamentin iclasında səsləndirib.

“Göründüyü kimi, bir ton kokainin sahibi parlamentin respublikaçılar fraksiyasının sabiq deputatına məxsus banan idxalı ilə məşğul olan şirkətdir”, – deyən Paşinyan onun axtarışda olduğunu bildirib.

Baş nazir eks-deputatın adını çəkməyib, amma güman olunur ki, söhbət 2017-2019-cu illərdə deputat kreslosu tutmuş Miqran Poqosyandan gedir. O, 2019-cu ildən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə axtarışdadır.

Xatırladaq ki, mayın 17-də Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları Ekvadordan respublikaya göndərilmiş 250 milyon avro dəyərində kokain partiyasını ələ keçiriblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top