Parisdə “Azərbaycan Olimpiya Evi”ndə XXXIII Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızla görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Parisdə “Azərbaycan Olimpiya Evi”ndə XXXIII Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızla görüş keçirilib

Paris, 9 avqust, AZƏRTAC

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, Fransadakı səfirimiz Leyla Abdullayeva, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunu qazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib və Azərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.

Görüş iştirakçıları Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Qaşım Maqomedovu və Həsrət Cəfərovu alqışlarla qarşılayıb, onlarla onlarla qürur duyduqlarını bildiriblər. Vurğulanıb ki, XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini bir daha nümayiş etdirdilər. Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.

“Azərbaycan Olimpiya Evi”ndə quraşdırılmış monitorlarda Azərbaycan Olimpiya Hərəkatı tarixinə dair film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri səsləndirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top