Paris Fond Birjası və biznes mediası Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paris Fond Birjası və biznes mediası Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır

Bakı, 14 iyun, AZƏRTAC

Prezident Makron Avropa seçkilərində zəif nəticələrin ardından erkən seçkilər təyin etdikdən sonra rəy sorğularında etibarını itirir.

AZƏRTAC İspaniyanın ABC qəzetinin saytına istinadla xəbər verir ki, beynəlxalq maliyyə mətbuatı və Paris Fond Birjası ictimai rəy sorğularında Fransa Prezidenti Emmanuel Makronun reytinqinin aşağı düşməsi və bu ölkənin ifrat sağçı Marin Le Pen tərəfindən idarə olunacağı riskinə narahatlıqla reaksiya verir.

Rəy sorğularının iyunun 30-da və iyulun 7-də keçiriləcək erkən seçkilərdə Marin Le Penin “Milli Birlik” partiyasının mümkün qələbəsini əks etdirməsindən sonra Paris Fond Birjası 2 faiz ucuzlaşıb.

Marin Le Penin partiyasının iqtisadi proqramının maliyyə risklərini qiymətləndirməklə kifayətlənən “Financial Times” yazır ki, bazarlar Fransanın ifrat sağçılar tərəfindən idarə olunması perspektivindən “qorxur”. Fransız ultrasağçılarının ideyalarının praktiki tətbiqi büdcə kəsirinin və dövlət borcunun pisləşməsi riski yaradacaq və bu, Britaniya nəşrinin fikrincə, bank faizlərinin artmasına səbəb olacaq. Belə bir vəziyyət Fransanın milli və iqtisadi deqradasiyasına gətirib çıxaracaq.

Makronun rəsmi fotoqrafı Soazig de la Moissoniere tərəfindən Yelisey sarayında çəkilmiş və onun şəxsi Instagram hesabında yayımlanan peyğəmbərcəsinə fotoşəkil xəbərlərin və mümkün risklərin “müjdəçisi” olub. Foto bazar günü axşam, Makronun Milli Assambleyanı buraxdığını və növbədənkənar seçkilərin təyin olunduğunu elan etməsindən bir neçə dəqiqə əvvəl çəkilib. Bu şəkil şərhləri və proqnozları eşitdikdən sonra Makronun hökumət üzvlərini, dostlarını və siyasi tərəfdaşlarını bürüyən fəlakətli əhval-ruhiyyəni əks etdirir. Onun kütləvi şəkildə tirajlanması siyasi analitiklər arasında təlaşa səbəb olub.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top