“Paris-2024”: Hacı Əliyev mübarizəni dayandırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris-2024”: Hacı Əliyev mübarizəni dayandırıb

Paris, 10 avqust, Elnur Salahov, AZƏRTAC

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, buna idmançımızın 1/4 final mərhələsində uduzduğu Macarıstan təmsilçisi İsmail Musukayevin finala çıxa bilməməsi səbəb olub.

Bununla da Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşə qatılmaq şansını itirib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top