“Paris-2024”: Azərbaycanın bədii gimnastı çıxışını başa vurub
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində fərdi çoxnövçülükdə mübarizə aparan idmançı son olaraq gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, bu çıxışına görə hakimlərdən 26,750 xal alıb.
Daha əvvəl top, halqa və lentlərdə qüvvəsini sınayan Zöhrə dörd hərəkətin cəminə görə ümumilikdə 117,850 xal toplayıb.
Bu göstərici ilə təmsilçimiz yarışı 24 idmançı arasında 18-ci pillədə başa vurub.
Qeyd edək ki, yalnız ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]