“Paris-2024”: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris-2024”: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları açıqlanıb

Paris, 10 avqust, Elnur Salahov, AZƏRTAC

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.

Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, Qaşım Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top