“Paris-2024”: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq
Paris, 9 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda gürcüstanlı Geno Petriaşvili ilə qarşılaşıb.
Rəqibinə 0:7 hesabı ilə uduzan güləşçimiz sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Bu gün mübarizəyə qoşulan digər sərbəst güləşçimiz Turan Bayramov (74 kiloqram) isə ilk görüşündə albaniyalı Çermen Vəliyevə uduzub. Rəqib finala çıxa bilmədiyi üçün idmançımız mübarizəni dayandırıb.
Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]