“Paris-2024”: 42 yaşlı əfsanəvi güləşçi tarixi ilkə imza atıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris-2024”: 42 yaşlı əfsanəvi güləşçi tarixi ilkə imza atıb

Bakı, 7 avqust, AZƏRTAC

Kubalı yunan-Roma güləşçisi Miyain Lopez Nunes “Paris-2024” Yay Olimpiya Oyunlarında ilkə imza atıb.

AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı çilili Yasmani Akosta Fernandesi 6:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Bununla da 42 yaşlı Nunes ardıcıl 5 olimpiadada qızıl medal qazanan ilk güləşçi kimi tarixə düşüb. O, daha əvvəl “Pekin-2008”, “London-2012”, “Rio-2016” və “Tokio-2020”də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Y.A.Fernandesin gümüş mükafata yiyələndiyi bu kateqoriyada iranlı Amin Mirzəzadə və çinli Linqye Menq isə bürünclə kifayətləniblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top