“Paramount” şirkətində ixtisarlar gözlənilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paramount” şirkətində ixtisarlar gözlənilir

Bakı, 10 avqust, AZƏRTAC

“Paramount Pictures” media konqlomeratı “Skydance” müstəqil kinostudiya ilə birləşməzdən əvvəl xərcləri azaltmaq məqsədilə 2 minə yaxın iş yerini ixtisar edəcək.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.

Həmçinin CBS, “Nickelodeon” və Britaniyanın “Channel 5” kanallarının sahibi olan “Paramount Global”, ABŞ-dakı işçi qüvvəsinin təxminən 15 faizini ixtisar etmək planlarını açıqlayıb. Mənbələrin məlumatına görə, onlarla marketinq mövqeyi ixtisar edilə bilər, “Paramount Global” marketinq komandasının yarısı isə işsiz qala bilər.

“Paramount+” həmçinin əsas ixtisarların bir hissəsini öz üzərinə götürəcək, çünki “Paramount” da daxil olmaqla media şirkətləri platformalarını gəlirli etmək məqsədilə xərclər və orijinal məhsulların azaltması hesabına yayım itkilərini azaltmağa çalışırlar.

Konqlomerat ikinci rüb üzrə bəzi müsbət cəhətlərlə yanaşı, həm də itki haqqında məlumatın yer aldığı hesabatını dərc edib: 5,98 milyard dollar zərər. 500 milyon dollara qənaət etmək məqsədilə “Paramount” portfelindəki “ComicBook” və “PopCulture” xəbər və əyləncə saytlarını satmağa qərar verib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top