Papa Fransisk Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib
Bakı, 5 avqust, AZƏRTAC
Roma Papası Fransisk Yaxın Şərqdə gərginliyin artması və qanlı münaqişələrin daha geniş coğrafiyaya yayılması ilə bağlı narahatlığını ifadə edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Vatikandakı Müqəddəs Peter meydanında toplaşan insanlara müraciət edən katolik kilsəsinin başçısı deyib: “Qarşılıqlı hücumlar və qətllər heç vaxt həll yolu ola bilməz. Onlar ədalət yolu ilə, sülh yolu ilə irəliləməyə kömək etmir, əksinə, daha çox nifrət və intiqam mühiti yaradır”.
Papa, həmçinin tərəfləri Qəzzada və bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılması və girovların azad edilməsi üçün dialoqu bərpa etmək istiqamətində cəsarət göstərməyə çağırıb, eyni zamanda, əhaliyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]