Pakistan “Shaheen-II” ballistik raketini uğurla sınaqdan keçirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pakistan “Shaheen-II” ballistik raketini uğurla sınaqdan keçirib

Bakı, 21 avqust, AZƏRTAC

Pakistan müxtəlif taktiki-texniki göstəricilərin yoxlanması üçün “yer-yer” tipli “Shaheen II” ballistik raketinin sınaq buraxılışını uğurla həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimai əlaqələr İdarəsinin bəyanatında deyilir.

Sınaq həmçinin dəqiqlik və HHM sistemlərindən yayınma qabiliyyətini artırmaq üçün istifadə edilən müxtəlif alt sistemlərin effektivliyini qiymətləndirmək məqsədi daşıyırdı.

Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad Mirzə alim və mühəndisləri bu nailiyyət münasibətilə təbrik ediblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top