Özbəkistan hərbi qulluqçuları PUA-ların tətbiqi taktikası kursunda iştirak etmək üçün Azərbaycanda səfərdədirlər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özbəkistan hərbi qulluqçuları PUA-ların tətbiqi taktikası kursunda iştirak etmək üçün Azərbaycanda səfərdədirlər

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan və Özbəkistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.

Nümayəndə heyətinə Azərbaycan Ordusunun arsenalında yer alan bəzi PUA-lar əyani nümayiş etdirilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top