Oyuncaqlarla bağlı standart qəbul edilib – FOTO
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı qəbul edib.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, dövlət standartı səkkiz yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir.
Standart, həmçinin, bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübələrin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]