Ötən il Antalya rekord sayda turist qəbul edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən il Antalya rekord sayda turist qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Türkiyənin Antalya şəhəri 15 milyon 689 min 258 xarici turisti qəbul edib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumat yayıb.

Bildirilib ki, bununla da bütün zamanların rekordu əldə edilib.

Ötən il Antalya ən çox Rusiyadan – 3 milyon 461 min 762 turist qəbul edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 14% çox olub.

Almaniyadan bu şəhərə 3 milyon 363 min 510 nəfər turist gəlib. Alman turistlərin sayında da 2022-ci illə müqayisədə 19% artım olub.

Antalyaya Böyük Britaniyadan də xeyli sayda turist gəlib. Şəhərə 14,8% artımla 1 milyon 318 min 215 britaniyalı turist səfər edib.

Ötən il Polşadan da 1 milyon 68 min 150 nəfər tətil üçün Antalyaya üstünlük verib. Bu ölkədən gələn turistlərin sayında əvvəlki ilə nisbətən 39,60% artım olub.

Antalyaya ən çox ziyarətçi göndərən ilk on ölkə müvafiq olaraq Niderland, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna olub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top