Ötən ay Naxçıvanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən ay Naxçıvanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Naxçıvan, 6 avqust, AZƏRTAC

Cari ilin iyul ay ərzində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin qazlaşdırılması işləri aparılıb, istehsalat sahələrinin təbii qaz təminatını həyata keçirmək, baş vermiş qəza hallarının, eləcə də qaz sızmalarının aradan qaldırılması üçün nəzərdə tutulan bütün tədbirlər müvəffəqiyyətlə yerinə yetirilib.

Muxtar respublikanın Qaz İstismar Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Naxçıvan Naxçıvan şəhərində 15, Şərurda 2, Culfada 1 və Şahbuz rayonunda 2 əhali abonenti qazlaşdırılıb.

Cari ilin iyul ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə ümumi 716 çağırış daxil olub. Bu çağırışlara vaxtında gedilib, bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top