OPEC: Neft bazarı bu ilin ikinci yarısında balansa doğru hərəkət edəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

OPEC: Neft bazarı bu ilin ikinci yarısında balansa doğru hərəkət edəcək

Qlobal neft bazarı bu ilin ikinci yarısında balansa doğru hərəkət edəcək.

OPEC hesab edir ki, bazardakı ifrat təklif yaxın rüblər ərzində azalacaq. “Artıq bu tendensiya ABŞ-ın neftin ehtiyatlarının formalaşmasının azalmasından müşahidə olunur”, – deyə icmalda qeyd edilib.

“Bu ilin ikinci yarısında dünya üzrə neftə olan tələbat sutkada 1,2 mln. barel artaraq orta hesabla 94,18 barel/sutkada təşkil edəcək. Bununla yanaşı, ilin ikinci yarısında OPEC-ə üzv olmayan ölkələrdən neft nəqli sutkada 140 min barel azalacaq. Bundan başqa, ABŞ-da sutkalıq hasilat 150 min barel, Rusiyada isə 120 min barel enəcək. Lakin Kanadada və inkişaf etməkdə olan ölkələrdə hasilatın artması bu azalmanı qismən kompensasiya edəcək. Nəticədə ilin ikinci yarısında OPEC neftinə tələbat sutkada 32,6 mln. barel təşkil edəcək”, – deyə kartelin analitikləri bildirir.

Apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top