MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ölkəyə gələnlər üçün vizaların verilməsi asanlaşdırılır

Ölkəmizə gələn əcnəbilərin tez, asan və elektron qaydada viza ala bilməsini nəzərdə tutan “Asan viza” sistemi bu sahədə bir sıra problemləri həll edəcək.

Yeni sitemin yer aldığı “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitsində müzakirə olundu. Komitə sədri Əli Hüseynli bildridi ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayanlar “ASAN Viza” vasitəsilə elektron qaydada 3 gün ərzində viza ala biləcəklər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyənləşdirilir. Millət vəkilləri yeni sistemin bu sahədəki mövcud problemləri aradan qaldıracağını və turizmin inkişafına təkan verəcəyini vurğuladırlar. Daha sonra “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reysti haqqında” qanunlarına dəyişiklik edilməsi ilə bağlı qanun layihələri müzakirə edildi. Qanun layihələri milli məclisin plenar iclasına tövsiyə olundu. Milli məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin də iclası keçirildi. Iclasda “Muradxanlı, Cəfərli və Zabrat neft yataqlarının daxil olduğu neft blokunun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Dövlət Neft Şirkəti,Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə edildi. Bildirildi ki, sazişə əsasən adıçəkilən şirkətlər hər 3 yataqda, kəşfiyyat, işlənmə və hasilatı həayata keçirəcək. İşlənmə və hasilat dövrü 25 il, kəşfiyyat müddəti isə 4 il müəyyənləşdirilib. Müzakirələrdən sonra qanun layihəsi milli məclisin plenar iclasına tövsiyə edildi.

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: