Olimpiya ikincisi olan Azərbaycan taekvondoçusu mükafatlandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Olimpiya ikincisi olan Azərbaycan taekvondoçusu mükafatlandırılıb

Paris, 8 avqust, Elnur Salahov, AZƏRTAC

“Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımıza gümüş medal təqdim olunub.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Qaşım Maqomedov ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.

Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən idmançı ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən Q.Maqomedov yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top