Olimpiada zamanı Paris muzeylərini ziyarət edənlərin sayı xeyli azalıb
Bakı, 13 avqust, AZƏRTAC
Olimpiada zamanı Paris muzeylərini ziyarət edənlərin sayı xeyli azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Luvr muzeyinə ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz, Orse muzeyinə isə 29 faiz azalıb.
Fransız muzeyləri üçün ən çətin dövr iyulun 15-dən 26-dək Olimpiadanın açılışına hazırlıq dövrü olub. Qəzetin qeyd etdiyi kimi, bu zaman Luvr muzeyinə ziyarətçilərin sayı 45 faiz azalıb.
Olimpiada zamanı Pompidu Mərkəzinə gələnlərin sayında 28 faiz, Orangerie muzeyinə isə 31 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]