Okeanın dərinliklərində irigözlü və qulaqlı “kabus” görüntülənib – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Okeanın dərinliklərində irigözlü və qulaqlı “kabus” görüntülənib – VİDEO

Okeanın alaqaranlıq zonasında bir çox heyrətamiz və bəzən olduqca təhlükəli heyvanlar gizlənir. Mütəxəssislər də dərin dənizə baş vuran zaman nəinki onları görməyə, həm də davranışlarını müşahidə etməyə müvəffəq olurlar.

Bu dəfə də belə olub – 2 665 metr dərinlikdə yerləşən sualtı dağı tədqiq edən alimlər sürprizlə qarşılaşıblar. Onlar uzaqdan idarə olunan cihazları qarşısında süzən heyrətamiz varlığı – “Dambo” (“Grimpoteuthis”) adlı möhtəşəm səkkizayaqlı ilbizi görüblər. 20-30 santimetrə qədər böyüyən bu başıayaqlılar geniş ətəklərindən çıxan qalın qolları, iki böyük gözləri və qəşəng “qulaqları” (adı buna görə verilib) ilə tanınır.

Kadrlarda səkkizayaqlı dəniz ilbizinin dənizin dibindən bir neçə metr aralıda qaranlıqda zərif şəkildə süzməsi görünür.

Alimlər qeyd edirlər ki, bu növün nümayəndələri dərinliklərdə yaşadıqları üçün enerjiyə çox qənaət etməlidirlər, çünki burada “Dambo”nun qidası olan molyusklar, izopodlar və ya qurdlara çox az rast gəlinir.

Məlumdur ki, bu canlıların uzaq əcdadları okeanın sərt alaqaranlıq zonasında sağ qalmaq üçün qohumlarının sahib olduqları uyğunlaşmaların çoxunu itiriblər. Onlarda özlərini müdafiə etməyə və yırtıcılardan qaçmağa kömək edən mürəkkəb kisələri yoxdur, həmçinin bu canlılar bir vaxtlar ünsiyyət qurmaq, yaxud kamuflyaj üçün istifadə etdikləri gözqamaşdırıcı parıltılı dərilərini itiriblər. Hazırda bu yarışəffaf məxluqlar kabus kimi dəniz dərinliklərinin qaranlığında sərgərdan üzürlər.

Mənbə: Science Alert

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top