Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması yekunlaşıb VİDEO/FOTO
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması yekunlaşıb VİDEO/FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb. Belə ki, 34.6 km uzunluğa malik yolun 7 km-i 3-cü texniki dərəcəyə uyğun27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. 

Yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı da daxil olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.

Layihədə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolu da artıq yenidən qurulub.

9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) 1 və 2-ci texniki dərəcəyə uyğun, 3.2 km-lik Şəki şəhərinə giriş yolunun isə 3-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə təmiri də son mərhələdə davam etdirilir. Belə ki, Şəki dairəvi yolunun 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla yenidən qurulub, yolun 6 km-lik hissəsinin isə (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla tikintisi, həmçinin Şəki şəhərinə giriş yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.

Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanlarıməlumatverici lövhələrsiqnal dirəkləridayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilib.

Sözsüz ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN… 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top