Nəsimi rayonunda 2 küçədə təmir işləri davam etdirilir VİDEO/FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nəsimi

Nəsimi rayonunda 2 küçədə təmir işləri davam etdirilir VİDEO/FOTO

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə və 780 metrlik Mirəsədulla Mirqasımov küçələrinin təmiri davam edir. 

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.

Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Təmir işləri zamanı bu hissədə 1252 p/m səki daşı qoyulub,  yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Hazırda küçədə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa ediləcək.

Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kv.m  səki bərpa olunub, 2066 p /metr yeni  səki daşı düzülüb. Ümumilikdə 9174 kv.m sahədə təmir aparılıb, 8301 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.

Təmir olunan Mirəsədulla Mirqasımov küçəsində hazırda küçəboyu zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, anoloji təmir işləri rayonun 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsində də aparılır.

Agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.

2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top