Nəqliyyat və rabitə xərcləri 58 faiz artırılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nəqliyyat və rabitə xərcləri 58 faiz artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 528 milyon manatı və yaxud 1,4%-i nəqliyyat və rabitə ilə bağlı xərclərinin payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 57,6% çoxdur.

Nəqliyyat və rabitə xərcləri iqtisadi fəaliyyət xərclərinin 6,8%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top