Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb
Bakı, 25 iyun, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]