Nazir: Türkiyə TDT-yə üzv ölkələrin Kənd Təsərrüfatı Sığorta İttifaqının yaradılmasının tərəfdarıdır
Ankara, 12 avqust, AZƏRTAC
Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə kənd təsərrüfatı sektorunun ümumi sığorta sistemini yaratmağa çalışır. Azərbaycan və Özbəkistan bunun ilk nümunələri oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı avqustun 12-də Ankarada qazaxıstanlı həmkarı Aydarbek Saparov ilə görüşünün yekunlarına dair bildirib.
Onun sözlərinə görə, TDT ölkələri ilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə səylər çərçivəsində bu gün Qazaxıstanla dörd niyyət protokolu imzalanıb.
“Biz türk dövlətləri ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq potensialını üzə çıxarmağa çalışırıq. Kənd təsərrüfatı sığortası sisteminin yaradılması istiqamətində də xeyli iş görülüb. Ümid edirəm ki, Azərbaycan və Özbəkistandan nümunə götürərək Qazaxıstanda sığorta sistemi yaradılacaq. Bizim son məqsədimiz TDT Kənd Təsərrüfatı Sığortası İttifaqının təsis edilməsidir”, – deyə İ.Yumaklı əlavə edib.
O, Türkiyə tərəfinin kənd təsərrüfatında sığorta sahəsində toplanmış təcrübəni ötürməyə hazır olduğunu vurğulayıb.
Türkiyəli nazir ümidvar olduğunu bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında mal dövriyyəsi tezliklə ildə 10 milyard dollar həddinə çatacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]