Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb

Bakı, 31 may, AZƏRTAC

Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatının yaradılmasına və onların növbəti dövrlərdə inkişafına nail olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu istiqamətdə aidiyyatı dövlət orqanları ilə əməkdaşlıq qurulub.

“Həm proqram iştirakçılarının seçilməsində, həm də proqrama cəlb olunan şəxslərin növbəti dövrlərdə dəstəklənməsində KOBİA ilə əhəmiyyətli fəaliyyətimiz mövcuddur. Nazirlik artıq elektron əmək müqavilələrinin də tətbiqinə başlayıb. Bu o deməkdir ki, işəgötürən artıq məsafədən müqavilələri bağlamaq imkanı əldə edəcək. Bu müqavilələrin kağız daşıyıcılarda deyil, xüsusi elektron sistemlərdə saxlanılması təmin olunacaq. Bu, bizə işçilərin sosial hüquqlarının səmərəli həyata keçirilməsinə imkan verəcək”, – deyə A.Əliyev qeyd edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top