Nazir müavini: “İnformasiya məkanının təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir müavini: “İnformasiya məkanının təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi qlobal səviyyədə kiberhücumların sayının artmasına səbəb olur. Azərbaycanın informasiya məkanının mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Vətən müharibəsi, eyni zamanda, ötən dövrdə həyata keçirilən antiterror əməliyyatları zamanı ölkəmizə məxsus internet informasiya resurslarına edilən hücumların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilib:

“Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasında, cəmiyyətin bütün üzvlərinin bu prosesə tam hazırlıqlı olmasında önəmli rol oynayır.

Kibertəhlükəsizliyin təmin edilməsi müasir avadanlıq və proqram təminatlarının tətbiq edilməsi deyil, həmçinin, insan, proseslər və texnoloji amillərin birlikdə dəyərləndirilməsi ilə mümkündür”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top