Nazir: Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir: Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək

London, 6 avqust, AZƏRTAC

Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin müdafiə naziri Con Hili deyib.

Nazir bildirib ki, Britaniyanın müxtəlif şəhərlərində artan zorakılığı yatırmaq üçün ordunu səfərbər etmək ilə bağlı plan yoxdur.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə ölkədəki zorakı iğtişaşları aradan qaldırmaq üçün mütəxəssis polis məmurlarından ibarət daimi qrup yaradılacağını deyib. O, bu barədə nazirlər və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə təcili görüşündən sonra açıqlama verib. Kir Starmer baş verən aksiyaların etiraz deyil, zorakılıq olduğunu deyib.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top