Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

Naxçıvan, 27 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində sel sularının avtomobil yollarını yuması, lil və qaya parçalarının hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi yerləri yararsız hala düşüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top