Naxçıvanda KOB dostları fəaliyyətə başlayıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda KOB dostları fəaliyyətə başlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan Muxtar Respublikasında sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması üçün müxtəlif rayonlarda KOB dostları fəaliyyətə başlayıblar”.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, bunu muxtar respublikanın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Bundan başqa, o qeyd edib ki, yerli KOB İnkişaf Mərkəzi bu ilin aprel ayından etibarən KOB-ların ehtiyaclarına uyğun biznes təlimlər təşkil edir, praktiki məsləhət xidmətləri göstərir.

“Biznes mühitinin daha da yaxşılaşdıran yollardan biri də sahibkarlara icazə və lisenziyaların vahid mərkəzdən verilməsidir. Hazırda lisenziyaları İqtisadiyyat Nazirliyi “ASAN xidmət” vasitəsilə verir. Bu dövrdə 54 lisenziya verilib və dövlət büdcəsinə 60 min manatdan çox vəsait daxil olub”, – deyə nazir əlavə edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top