Naxçıvanda ilk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda ilk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

Naxçıvan, 14 avqust, AZƏRTAC

Bu gün Naxçıvanda ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 3 gün müddətində keçiriləcək müsahibə mərhələsində vakant yerlərin seçimində iştirak edən 145 namizəd iştirak edəcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top