Naxçıvanda ilk dəfə dövlət dəstəyi hesabına ammofos və kalium sulfat gübrələrindən istifadə ediləcək
Naxçıvan, 19 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən ildən etibarən aqrar sahədə yüksək məhsuldarlığın əldə olunması məqsədilə dövlət dəstəyi hesabına paylanılan gübrə çeşidlərinin artırılması istiqamətində fəaliyyətə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görülən işlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-dən “Naxçıvan Aqroservis” ASC-yə 3500 ton ammofos və 200 ton kalium sulfat gübrəsinin ayrılması təmin edilib. Ayrılan gübrələrin muxtar respublikaya daşınmasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları Bakı şəhərinə ezamiyyə olunublar.
“Aqroservis” ASC-də keçirilən görüşdə qeyd olunan məsələ ilə bağlı müzakirələr aparılıb, birgə əməkdaşlığa dair fikir mübadiləsi edilib.
Artıq muxtar respublikada istehsalçılar öz istəklərinə uyğun olaraq dövlət dəstəyi hesabına karbamidlə yanaşı ammofos və kalium sulfat gübrələrindən də istifadə edə biləcəklər.
Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keyfiyyətli əkin aparılması əsas prioritet olaraq müəyyənləşdirilib. Bu məqsədlə bütün istehsalçılarla mütəmadi olaraq maarifləndirmə aparılıb, hazırda da bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda istehsalçıların tələbatlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, eləcə də gübrələrin verilməsi təmin edilib. Həmçinin ötən il ilk dəfə mazirlik tərəfindən taxıl istehsalçıları dövlət dəstəyi hesabına toxumla da təmin olunublar.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]