Naxçıvanda elektrik enerjisi dəyərinin terminallarda ödənişi bərpa olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda elektrik enerjisi dəyərinin terminallarda ödənişi bərpa olunur

Naxçıvan, 10 avqust, AZƏRTAC

“Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smart-kart tipli sayğacların balansının artırılması dayandırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mövcud çətinliyi aradan qaldırmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart-kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin həyata keçirilməsi məqsədilə müqavilə imzalayıb.

Hazırda Naxçıvan şəhəri üzrə bir neçə yerdə – Əliabad qəsəbəsindəki “Baba” marketdə, aviakassanın və əvvəlki “Naxçıvanbank”ın qarşısındakı ödəmə məntəqələrində smart-kart tipli elektrik sayğaclarının ödənişlərinin bərpası təmin olunub. Gələn həftədən etibarən muxtar respublika üzrə bütün ödəmə məntəqələrində smart-kart tipli elektrik sayğaclarının balansını artırmaq mümkün olacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top