Naxçıvanda bu ilin 7 ayında 745 şəxs özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda bu ilin 7 ayında 745 şəxs özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib

Naxçıvan, 16 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 745 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bunlardan 107 nəfəri istehsal-xidmət sahəsi, 638 nəfəri isə kənd təsərrüfatı sahəsi üzrə müvafiq aktivlərlə təmin edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top