Nağıllar aləminə səyahət adlı tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nağıllar aləminə səyahət adlı tədbir keçirilib

Bakı, 31 may, AZƏRTAC

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi “Uşaq dünyası – nağıl aləmidir!” şüarı ilə uşaqlarda kitaba sevgi və maraq oyatmaqdır.

Görüşün aparıcısı Aysel Qəhrəmanlı uşaqlara İtalyan yazıçı Karlo Kollodinin “Pinokkio” nağılını oxuyaraq, onlarla interaktiv oyunlar təşkil edib. Uşaqların ifasında şeir, mahnı və rəqslər nümayiş olunub.

Sonda muzey uşaqlara kitablar hədiyyə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top