Muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır

“Hazırda iqtisadiyyatda əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 faizdən çoxdur. Bu gün Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır”.

“Trend”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

O qeyd edib ki, son 5 ildə dövlət sektorunda muzdlu işləyənlərin sayı cəmi 20 min artmışdısa, özəl sektorda bu artım 200 mini keçib.

Komitə sədri əlavə edib ki, rəqabət bazar iqtisadiyyatının mühərrikidir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top