
Müsəlmanlar üçün “iPhone” lar satışa çıxarıldı
Müsəlman və pravoslavlar üçün yeni “iPhone”lar satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, “Caviar” şirkəti artıq yeni dizaynlı “iPhone”ların təqdimatını keçirib. Şirkət rəsmiləri bununla müsəlmanları və pravoslavları təhqir etmək niyyəti güdmədiklərini qeyd ediblər.
Yeni kolleksiya iki variantda istifadəçilərə təqdim edilib. “iPhone”lardan birində Nikolay Çudotvores, digərində isə Məkkədə yerləşən Əl Haram məscidi təsvir edilib.
Məkkəyə həsr edilmiş telefonun dizaynında mütəxəsislər bir qədər ehtiyatla davranıb. Belə ki? onlar müsəlmanların arzu və əqidələrini nəzərə alaraq qızılı örtük istifadə etmək istəməyənlər üçün başqa bir versiya – platin dizaynlı örtük hazırlayıblar.
Qızıldan hazırlanmış örtüyü olan telefonun qiyməti 199 min rubl (4 min 437 manat) civarındadır. 64 Qb yaddaş tutumuna sahib olan platin dizaynlı örtüyü olan telefonların isə qiyməti 194 000 rubl (4 min 326 manat) olduğu bildirilir.
Ötən il şirkət Rusiya prezidenti Vladimir Putinin şərəfinə brilyant qaşlı telefon hazırlayıb. Şirkətin saytında yer alan məlumata görə, ilk dəfə olaraq satışa 19 bahalı daşla işlənilən mobil telefon çıxarılıb. Putinə həsr edilən telefonun arxa hissəsində Rusiya Federasiyasının gerbi yer alıb. Qızıldan olan bu gerbin üzəri 16 brilyant qaşla bəzədilib.
Daha üç brilyant isə Rusiya prezidentinin ad və soyadının aralığında bərq vurur. Hər daşın diametri yarım millimetrdir. Kompozisiyanın mərkəzində isə Putinin qızıldan işlənilmiş portreti təsvir edilib.
“Caviar” şirkəti hətta Azərbaycana da həsr olunmuş mobil telefonlar da istehsal edib. Üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi olan smartfonlar böyük maraqla qarşılanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı – FOTO
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, “D” […]
-
Rusiyada qətliam kimi qəza: Yük maşını işıqforda dayanan maşınları “biçdi” – FOTO/VİDEO
Rusiyanın Moskva vilayətində beş maşının toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib. Mıtışi şəhərində baş […]
-
Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı – FOTO
Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb. Bu barədə özünün […]